Gey prayd

Gey prayd (ing. Gay pride; həmçinin gey parad) — cəmiyyətdə LGBT (lezbiyan, gey, biseksualtransgender) mövcudluğunun nümayişi, LGBT-dən olan şəxslərə qarşı tolerant münasibətlərin dəstəklənməsi, insan hüquqlarının qorunması, vətəndaş hüquq bərabərliyi və gender identikliyinin cinsi oriyentasiyasından asılı olmayaraq bütün insanlar üçün bərabər olduğunu bildirmək üçün keçirilən aksiyadır. Onun məqsədi həmçinin şəxsi ləyaqət hissinin qeyd olunması, şəxsiyyət azadlığının təntənəsi, eləcə də LGBT-ictimaiyyətinin birlik və müxtəlifliyinin təzahürüdür[1][2][3][4].

Aksiya ənənəvi olaraq yayda (daha çox iyunda), Stounvoll iğtişaşlarının xatirəsi kimi keçirilir - məhz o zaman minlərlə gey polis repressiyalarına qarşı müqavimət göstərmiş və bu seksual azlıqların vətəndaş hüquqları uğrunda apardıqları mübarizənin (daha çox LGBT-hərəkatı adı ilə tanınır) rəmzinə çevrilmişdir. Amma bəzən o, başqa günlərə də həsr olunur, məsələn, Moskva şəhərində keçirilən gey-prayd zamanı, Rusiyada homoseksuallara tətbiq olunan cinayətin ləğvi ildönümünü qeyd olunur[1][2][3][5].

Gey-praydlar müxtəlif formalarda həyata keçirilir, məsələn - parad, mitinq, yürüş, festival, yarmarka, piknik və sairə. Konkret vəziyyətdən asılı olaraq gey-prayd bayram-karnavalı və ya hüquq müdafiəsi nümayişi xarakteri daşıya bilər. Əslində gey parad (ing. Gay parade)[6][7]prayd parad (ing. Pride parade), gey praydın bir hissəsi və ya formalarından biri hesab olunur və tez-tez onun mərkəzi elementinə çevrilir[1][2][3].

  1. 1 2 3 "Frequently Asked Questions". InterPride. 2012-01-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-10-24.
  2. 1 2 3 "Gay Pride". Энциклопедия Британника. 2012-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-10-24.
  3. 1 2 3 Linda Rapp. "Parades and Marches". An Encyclopedia of Gay, Lesbian, Bisexual, Transgender, and Queer Culture. 2012-01-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-10-24.
  4. Marc Stein; və b. Encyclopedia of Lesbian, Gay, Bisexual and Transgender History in America. Charles Scribners & Sons. 2003. ISBN 978-0684312613. (#explicit_et_al)
  5. "История". Московский гей-прайд. 2012-01-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-10-24.
  6. "Russia's first gay parade vetoed by 'outraged' city". The Independent. 2012-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-11-19.
  7. "European court fines Russia for banning gay parades". BBC. 2012-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-11-19.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search